*2662
//
//

MƏXFİLİK SİYASƏTİ

Sabah Towers olaraq vebsaytımızı ziyarət edən istifadəçilərin fərdi məlumatlarının məxfiliyini qorumağa zəmanət veririk.

1. Məlumatların toplanması və istifadəsi

Əlaqə formalarını doldurduğunuz zaman təqdim etdiyiniz ad, soyad, telefon və e-poçt məlumatları, həmçinin avtomatik kuki (cookie) göstəriciləri toplanır. Bu məlumatlar yalnız aşağıdakı məqsədlər üçün istifadə olunur: mənzillər, qiymət və satış şərtləri haqqında sizi məlumatlandırmaq; sorğularınıza cavab vermək və sizinlə əlaqə saxlamaq; vebsaytın işini və istifadəçi təcrübəsini təkmilləşdirmək.

2. Məlumatların paylaşılması və təhlükəsizlik

Fərdi məlumatlarınız üçüncü şəxslərə satılmır və icarəyə verilmir. Məlumatlar yalnız qanunvericiliyin tələbi olduqda və ya vebsayta texniki dəstək göstərən etibarlı tərəfdaşlarla (məxfilik qorunmaq şərtilə) paylaşıla bilər.